Direktor
Elmi-texniki Şuranın üzvü
Phil Maxwell neft-qaz sənayesində 50 ilə yaxın beynəlxalq peşəkar təcrübəyə malik yüksək ixtisaslı icraçı rəhbər və strateji məsləhətçidir. O, Southampton Universitetində Fizika üzrə bakalavr (BSc Hons) təhsili almış...
ƏtraflıElmi-texniki Şuranın üzvü
Xalıqverdi Hüseynov Azərbaycan Dövlət Aqrar
Universitetində Bitkilərin Mühafizəsi ixtisası üzrə təhsil almış və idarəetmə
sahəsində uzunmüddətli təcrübəyə .....
Elmi-texniki Şuranın üzvü
Şahmar Hüseynov 30 ildən artıq neft-qaz sənayesində strateji və əməli idarəetmə təcrübəsinə malikdir. O, karyerasına 1991-ci ildə “Leninneft” NQÇİ-də başlamış, sonrakı illərdə...
Elmi-texniki Şuranın üzvü
lham Babayev 1974–1982-ci illərdə Azərbaycan Dövlət Universitetinin Geologiya fakültəsində təhsil alaraq mühəndis-geoloq ixtisası üzrə bakalavr dərəcəsi almış, daha sonra MBA (magistr) təhsili ilə idarəetmə sahəsində biliklərini dərinləşdirmişdir...
Elmi-texniki Şuranın üzvü
Elmir Qaragözov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində neft-mədən geologiya üzrə bakalavr və dəniz yataqlarının qiymətləndirilməsi və səmərəli işlənməsini özündə əhatə edən istiqamət üzrə magistr təhsili almış, daha sonra....
ƏtraflıElmi-texniki Şuranın üzvü
Azad Məcidov Bakı Dövlət Universitetinin Geologiya-Coğrafiya fakültəsini bitirmiş və sənayedə texniki təhlükəsizlik qaydaları üzrə sertifikatlara malikdir.
ƏtraflıElmi-texniki Şuranın üzvü
Xalıqverdi Hüseynov Azərbaycan Dövlət Aqrar
Universitetində Bitkilərin Mühafizəsi ixtisası üzrə təhsil almış və idarəetmə
sahəsində uzunmüddətli təcrübəyə malikdir.
Xalıqverdi Hüseynov şirkətin gündəlik
əməliyyatlarının səmərəli idarə olunmasını təmin edir, layihələrin icrasını
nəzarətdə saxlayır və strateji qərarların hazırlanması prosesində mühüm rol
oynayır. Eyni zamanda, idarəetmə və komanda rəhbərliyi sahəsində yüksək
peşəkarlığı ilə seçilir.
O şirkətin məqsədlərinə çatmaq üçün
resursların optimal idarə olunması və əməliyyatların koordinasiyasında
əhəmiyyətli töhfələr verir.
Elmi-texniki Şuranın üzvü
Şahmar Hüseynov 30-35 ildən artıq neft-qaz sənayesində strateji və əməli idarəetmə təcrübəsinə malikdir. O, karyerasına 1991-ci ildə “Leninneft” NQÇİ-də başlamış, sonrakı illərdə “Balaxanıneft”, “Siyəzənneft”, “H.Z. Tağıyev adına” və “Abşeronneft” NQÇİ-lərinə rəhbərlik etmişdir. 2019–2024-cü illərdə “Azneft” İstehsalat Birliyinin Baş direktoru, daha sonra SOCAR Prezidentinin müşaviri vəzifəsində çalışaraq hasilatın optimallaşdırılması, təhlükəsizlik və ekoloji standartların təkmilləşdirilməsi istiqamətində mühüm layihələrə imza atmışdır. Hazırda o, “GEOexpert Consulting” MMC-nin baş direktoru kimi ölkənin neft-qaz sektorunda özəl konsaltinq fəaliyyətini idarə edir və hasilat proseslərinin avtomatlaşdırılması, resursların səmərəli istifadəsi və innovativ yanaşmaların tətbiqi üzrə komandamıza rəhbərlik edir. Elmi fəaliyyəti ilə də seçilən Şahmar Hüseynov 2018-ci ildə texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almış, çoxsaylı elmi əsərlərin və patentlərin müəllifidir. O, İstanbul Gedik Universitetinin fəxri doktoru, Ukrayna Texnologiya Akademiyasının akademikidir. Peşə nailiyyətlərinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalı və “Əməkdar mühəndis” fəxri adı ilə təltif edilmişdir və hasilatın artırılması üçün patentlərə malikdir. YAP üzvüdür.
Elmi-texniki Şuranın üzvü
Azad Məcidov Bakı Dövlət Universitetinin Geologiya-Coğrafiya fakültəsini bitirmiş və sənayedə texniki təhlükəsizlik qaydaları üzrə sertifikatlara malikdir. O, şirkətin əməliyyatlarının təhlükəsiz, ekoloji və keyfiyyət standartlarına uyğun həyata keçirilməsini təmin edir, əməyin mühafizəsi və risklərin idarə olunması sahəsində geniş təcrübəyə malikdir. Eyni zamanda, idarəetmə və komanda koordinasiyasında səmərəli yanaşmaları ilə tanınır.
Azad Məcidov Azərbaycan və Rus dillərini sərbəst bilir və şirkətin strateji hədəflərinə çatmaq üçün əməliyyatların optimallaşdırılması və standartların yüksək səviyyədə qorunması üzrə mühüm rol oynayır.
Elmi-texniki Şuranın üzvü
Elmir Qaragözov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində neft-mədən geologiya üzrə bakalavr və dəniz yataqlarının qiymətləndirilməsi və səmərəli işlənməsini özündə əhatə edən istiqamət üzrə magistr təhsili almış, daha sonra Azərbaycan Milli Elmlər Akademiyasında qalıq neft ehtiyatlarının mənimsənilməsinin geoloji-riyazi üsulları mövzusundə dissertasiya müdafiə edərək, yer elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Hal-hazırda doktorantura pilləsində geoloji-texnoloji risk şəraitində karbohidrogen ehtiyatlarının səmərəli mənimsənilmə yollarının araşdırılması istiqamətində elmi tədqiqat aparır. Karyerasına 2005-ci ildə “Bibiheybət” NQÇİ-də neft-qazçıxarma operatoru kimi başlamış, sonrakı illərdə “28 May” NQÇİ, “Azneft İB” və SOCAR-da müxtəlif neft-qaz yataqlarının geologiyası, işlənilməsi və hasilat dayanıqlılığının qorunması və artırılması planlarının hazırlanması, o cümlədən yeni neft-qaz kəşfiyyatı istiqamətlərində rəhbər vəzifələrdə çalışmışdır. Elmir Qaragözov neft-qaz yataqlarının idarə edilməsində, o cümlədən onların qiymətləndirilməsi, hasilat potensialının müəyyənləşdirilməsi, işlənməyə verilməsi və hasilatın artırılması üzrə proqramların hazırlanması və yeni yataqların kəşfiyyatı sahələri üzrə geniş təcrübəyə malikdir. Eyni zamanda, magistratura səviyyəsində neft-qaz yataqların geologiyası, işlənilməsi və neft-qaz hasilatı istiqamətləri üzrə tədris aparır, elmi işlərə rəhbərlik edir. O, Azərbaycan, rus və ingilis dillərini bilir, türk dilində yaxşı səviyyədə ünsiyyət qura bilir. Komanda işi, liderlik və idarəetmə, kommunikasiya və çeviklik bacarıqları ilə seçilir və hasilatın artırılması üçün patentlərə malikdir.
Elmi-texniki Şuranın üzvü
İlham Babayev 1974–1982-ci illərdə Azərbaycan Dövlət Universitetinin Geologiya fakültəsində təhsil alaraq mühəndis-geoloq ixtisası üzrə bakalavr dərəcəsi almış, daha sonra MBA (magistr) təhsili ilə idarəetmə sahəsində biliklərini dərinləşdirmişdir.
45 ildən artıq peşəkar iş stajına malik olan İlham Babayev neft-qaz sənayesində həm texniki, həm də strateji idarəetmə sahələrində geniş və çoxşaxəli təcrübəyə sahibdir. O, karyerası ərzində quruda və dənizdə 435-dən artıq neft və qaz quyusunun uğurla qazılaraq istismara verilməsinə rəhbərlik etmiş, 1000 nəfərlik işçi heyəti ilə iri layihələrin effektiv idarə olunmasını təmin etmişdir.
Peşəkar fəaliyyəti dövründə SOCAR, xarici neft şirkətləri və dövlət qurumları ilə yüksək səviyyəli əməkdaşlıq və danışıqlar aparmış, Azərbaycan və Gürcüstanda çoxsaylı yüksəkbüdcəli layihələrin uğurla icrasına rəhbərlik etmişdir. O, SƏTƏM standartlarının tətbiqi, yeni texnologiyaların istehsalata inteqrasiyası, eləcə də quruda neft və qaz yataqlarının bərpa və inkişaf layihələrinin idarə olunması sahələrində mühüm töhfələr vermişdir.
İlham Babayev müxtəlif illərdə Gulf Drilling Supply FZE şirkətində Baş direktor, Caspian Technology Supply şirkətində İcraçı direktor, bir sıra birgə əməliyyat şirkətlərində yataq meneceri və regional direktor, SOCAR strukturunda isə baş mühəndis, baş geoloq və şöbə rəis müavini vəzifələrində çalışmışdır.
O, Azərbaycan dilini ana dili səviyyəsində, rus dilini mükəmməl, ingilis və türk dillərini isə yaxşı səviyyədə bilir. Liderlik, strateji idarəetmə və layihə menecmenti sahəsində çoxsaylı mükafatlara və ixtisasartırma kurslarına malikdir.
Elmi-texniki Şuranın üzvü
Phil Maxwell neft-qaz sənayesində 50 ilə yaxın beynəlxalq
peşəkar təcrübəyə malik yüksək ixtisaslı icraçı rəhbər və strateji məsləhətçidir.
O, Southampton Universitetində Fizika üzrə bakalavr (BSc Hons) təhsili almış,
karyerası ərzində Avropa, Yaxın Şərq, Afrika və Xəzər regionunda aparıcı
neft-qaz şirkətlərində yüksək rəhbər vəzifələrdə çalışmışdır.
Phil Maxwell hazırda Springwell Petroleum Limited şirkətinin
direktoru kimi fəaliyyət göstərir, eyni zamanda GeoPetrol International şirkətində
neft-qaz üzrə məsləhətçi olaraq səhmdarlara və ali rəhbərliyə kəşfiyyat və
hasilat aktivlərinin qiymətləndirilməsi və idarə olunması sahəsində dəstək
verir.
O, müxtəlif illərdə Dove Energy Group Limited şirkətində
Direktor və Baş İcraçı Direktor, Dubai Petroleum Establishment-də icraçı rəhbərlik
komandasının üzvü, Caspian Energy Group-da əməliyyatlar üzrə vitse-prezident,
Amerada Hess, RAMCO Energy, Pennzoil və British Petroleum (BP) kimi qlobal
enerji nəhənglərində məsul rəhbər vəzifələrdə çalışmışdır.
Phil Maxwell-in peşəkar fəaliyyəti əsasən:
-Neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi PSA
(Production Sharing Agreement) əməliyyat şirkətlərinin yaradılması və idarə
olunması
-Beynəlxalq aktivlərin restrukturizasiyası və yeni
sahibkarlıq modellərinə keçid
-Yüksək səviyyəli korporativ idarəetmə və idarə heyəti fəaliyyəti
-Yeni layihələrin və investisiya imkanlarının qiymətləndirilməsi
istiqamətlərini əhatə edir.
O, xüsusilə Azərbaycanın ilk quruda PSA əməliyyat şirkətinin
yaradılması və idarə olunmasında, eləcə də Xəzər regionunda beynəlxalq neft
şirkətlərinin fəaliyyətinin qurulmasında mühüm rol oynamışdır. Phil Maxwell
strateji baxışı, böhran dövrlərində effektiv idarəetmə bacarığı və beynəlxalq
danışıqlardakı təcrübəsi ilə seçilən nüfuzlu mütəxəssis kimi tanınır.