Baş Direktor
Baş Direktor, kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru
“GEOexpert Consulting” MMC-də Baş Direktor olaraq fəaliyyət göstərir. O, Azərbaycan Dövlət Aqrar Universitetində Bitkilərin Mühafizəsi ixtisası üzrə təhsil almış və idarəetmə sahəsində uzunmüddətli təcrübəyə .....
ƏtraflıDirektor müavini
Direktor müavini, Əməyin mühafizəsi və Keyfiyyət üzrə Mütəxəssis
Azad Məcidov “GEOexpert Consulting” MMC-də Direktor müavini və Əməyin mühafizəsi, Təhlükəsizlik, Ekologiya və Keyfiyyət xidmətinin rəhbəri kimi fəaliyyət göstərir.
ƏtraflıDirektorun müşaviri
Direktorun müşaviri, Layihələr üzrə Ekspert
Raqub Mirzəyev “GEOexpert Consulting” MMC-də Direktorun müşaviri və layihələr üzrə ekspert kimi fəaliyyət göstərir. Azərbaycan Dövlət Universitetinin Geoloji-Coğrafiya fakültəsini bitirmişdir və layihələrin idarə olunması...
ƏtraflıBaş direktor
Baş direktor, Texnika elmləri üzrə fəlsəfə doktoru
GEOexpert Consulting” MMC-nin Baş direktoru Şahmar Hüseynov 30 ildən artıq neft-qaz sənayesində strateji və əməli idarəetmə təcrübəsinə malikdir. O, karyerasına 1991-ci ildə “Leninneft” NQÇİ-də başlamış, sonrakı illərdə...
ƏtraflıBaş Direktorun müavini
Baş Direktorun müavini, Geoloq, Doktorant
Elmir Qaragözov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində neft-mədən geologiya üzrə bakalavr və dəniz yataqlarının qiymətləndirilməsi və səmərəli işlənməsini özündə əhatə edən istiqamət üzrə magistr təhsili almış, daha sonra....
ƏtraflıXidmət rəisi
Əməliyyatların idarəedilməsi xidmətinin rəisi
Müqdət Xəlilov Azərbaycan Dövlət Neft və Kimya Universitetində ali təhsil alaraq 1978-ci ildə mühəndis-geoloq ixtisasına yiyələnmişdir. 45 ildən artıq peşəkar iş stajına malik olan Müqdət bənzərsiz təcrübəsini neft sənayesində toplamışdır.
ƏtraflıXidmət rəisi
Yataqların geologiyası və idarəedilməsi xidmətinin rəisi
Cavanşir Nuriyev 2001-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirərək neft və qaz geologiyası ixtisasına yiyələnmişdir. O, 23 ildən artıq neft-qaz sənayesində zəngin peşəkar təcrübəyə malikdir və hasilatın idarə olunması, geoloji nəzarət ...
ƏtraflıBaş direktor, Texnika elmləri üzrə fəlsəfə doktoru
GEOexpert Consulting” MMC-nin Baş direktoru Şahmar Hüseynov 30-35 ildən artıq neft-qaz sənayesində strateji və əməli idarəetmə təcrübəsinə malikdir. O, karyerasına 1991-ci ildə “Leninneft” NQÇİ-də başlamış, sonrakı illərdə “Balaxanıneft”, “Siyəzənneft”, “H.Z. Tağıyev adına” və “Abşeronneft” NQÇİ-lərinə rəhbərlik etmişdir. 2019–2024-cü illərdə “Azneft” İstehsalat Birliyinin Baş direktoru, daha sonra SOCAR Prezidentinin müşaviri vəzifəsində çalışaraq hasilatın optimallaşdırılması, təhlükəsizlik və ekoloji standartların təkmilləşdirilməsi istiqamətində mühüm layihələrə imza atmışdır. Hazırda o, “GEOexpert Consulting” MMC-nin baş direktoru kimi ölkənin neft-qaz sektorunda özəl konsaltinq fəaliyyətini idarə edir və hasilat proseslərinin avtomatlaşdırılması, resursların səmərəli istifadəsi və innovativ yanaşmaların tətbiqi üzrə komandamıza rəhbərlik edir. Elmi fəaliyyəti ilə də seçilən Şahmar Hüseynov 2018-ci ildə texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almış, çoxsaylı elmi əsərlərin və patentlərin müəllifidir. O, İstanbul Gedik Universitetinin fəxri doktoru, Ukrayna Texnologiya Akademiyasının akademikidir. Peşə nailiyyətlərinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalı və “Əməkdar mühəndis” fəxri adı ilə təltif edilmişdir və hasilatın artırılması üçün patentlərə malikdir. YAP üzvüdür.
Direktor müavini, Əməyin mühafizəsi və Keyfiyyət üzrə Mütəxəssis
Azad Məcidov “GEOexpert Consulting” MMC-də Direktor müavini və Əməyin mühafizəsi, Təhlükəsizlik, Ekologiya və Keyfiyyət xidmətinin rəhbəri kimi fəaliyyət göstərir. Bakı Dövlət Universitetinin Geologiya-Coğrafiya fakültəsini bitirmiş və sənayedə texniki təhlükəsizlik qaydaları üzrə sertifikatlara malikdir. O, şirkətin əməliyyatlarının təhlükəsiz, ekoloji və keyfiyyət standartlarına uyğun həyata keçirilməsini təmin edir, əməyin mühafizəsi və risklərin idarə olunması sahəsində geniş təcrübəyə malikdir. Eyni zamanda, idarəetmə və komanda koordinasiyasında səmərəli yanaşmaları ilə tanınır. Azad Məcidov Azərbaycan və Rus dillərini sərbəst bilir və şirkətin strateji hədəflərinə çatmaq üçün əməliyyatların optimallaşdırılması və standartların yüksək səviyyədə qorunması üzrə mühüm rol oynayır.
Direktorun müşaviri, Layihələr üzrə Ekspert
Raqub Mirzəyev “GEOexpert Consulting” MMC-də Direktorun müşaviri və layihələr üzrə ekspert kimi fəaliyyət göstərir. Azərbaycan Dövlət Universitetinin Geoloji-Coğrafiya fakültəsini bitirmişdir və layihələrin idarə olunması, texniki təhlil və strateji planlaşdırma sahəsində təcrübəyə malikdir. O, şirkət layihələrinin effektiv icrasını təmin edir, strateji qərarların hazırlanmasında rəhbərliyə dəstək verir və əməliyyatların keyfiyyət, təhlükəsizlik və resurs optimallaşdırılması standartlarına uyğun həyata keçirilməsinə nəzarət edir. Raqub Mirzəyev Azərbaycan dilini mükəmməl, rus dilini isə yaxşı səviyyədə bilir.
Baş Direktorun müavini, Geoloq, Doktorant
Elmir Qaragözov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində neft-mədən geologiya üzrə bakalavr və dəniz yataqlarının qiymətləndirilməsi və səmərəli işlənməsini özündə əhatə edən istiqamət üzrə magistr təhsili almış, daha sonra Azərbaycan Milli Elmlər Akademiyasında qalıq neft ehtiyatlarının mənimsənilməsinin geoloji-riyazi üsulları mövzusundə dissertasiya müdafiə edərək, yer elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Hal-hazırda doktorantura pilləsində geoloji-texnoloji risk şəraitində karbohidrogen ehtiyatlarının səmərəli mənimsənilmə yollarının araşdırılması istiqamətində elmi tədqiqat aparır. Karyerasına 2005-ci ildə “Bibiheybət” NQÇİ-də neft-qazçıxarma operatoru kimi başlamış, sonrakı illərdə “28 May” NQÇİ, “Azneft İB” və SOCAR-da müxtəlif neft-qaz yataqlarının geologiyası, işlənilməsi və hasilat dayanıqlılığının qorunması və artırılması planlarının hazırlanması, o cümlədən yeni neft-qaz kəşfiyyatı istiqamətlərində rəhbər vəzifələrdə çalışmışdır. 2025-ci ildən “GEOexpert Consulting” MMC-də Baş Direktorun müavini kimi fəaliyyət göstərir. Elmir Qaragözov neft-qaz yataqlarının idarə edilməsində, o cümlədən onların qiymətləndirilməsi, hasilat potensialının müəyyənləşdirilməsi, işlənməyə verilməsi və hasilatın artırılması üzrə proqramların hazırlanması və yeni yataqların kəşfiyyatı sahələri üzrə geniş təcrübəyə malikdir. Eyni zamanda, magistratura səviyyəsində neft-qaz yataqların geologiyası, işlənilməsi və neft-qaz hasilatı istiqamətləri üzrə tədris aparır, elmi işlərə rəhbərlik edir. O, Azərbaycan, rus və ingilis dillərini bilir, türk dilində yaxşı səviyyədə ünsiyyət qura bilir. Komanda işi, liderlik və idarəetmə, kommunikasiya və çeviklik bacarıqları ilə seçilir və hasilatın artırılması üçün patentlərə malikdir.
Əməliyyatların idarəedilməsi xidmətinin rəisi
Müqdət Xəlilov Azərbaycan Dövlət Neft və Kimya Universitetində ali təhsil alaraq 1978-ci ildə mühəndis-geoloq ixtisasına yiyələnmişdir. 45 ildən artıq peşəkar iş stajına malik olan Müqdət bənzərsiz təcrübəsini neft sənayesində toplamışdır. O, karyerasına 1977-ci ildə “Lenin Neft” NQÇİ-də neft və qazçıxarma operatoru kimi başlamış, sonrakı illərdə böyük geoloq, geologiya üzrə rəis müavini və mədən rəisi kimi məsul vəzifələrdə çalışmışdır. Müxtəlif illərdə “Suraxanı Oil Operation Company”də icraçı direktor, “Balaxanıneft”də idarə rəisi, “Muradxanlı Neft”də baş geoloq və “SOCAR AZ NİPİNEFTEQAZ MMC”də mühəndis-geoloq və rəhbər vəzifələrdə fəaliyyət göstərərək hasilatın idarə olunması və geoloji nəzarətin təkmilləşdirilməsi sahəsində mühüm işlərə imza atmışdır. Onun peşəkar fəaliyyəti neft hasilatının optimallaşdırılması, geoloji təhlil və əməliyyatların təhlükəsizliyi sahələrinə böyük töhfələr vermişdir. Müqdət Xəlilov Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür, Azərbaycan dilini mükəmməl, rus dilini yaxşı bilir. Peşə fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Yataqların geologiyası və idarəedilməsi xidmətinin rəisi
Cavanşir Nuriyev 2001-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirərək neft və qaz geologiyası ixtisasına yiyələnmişdir. O, 23 ildən artıq neft-qaz sənayesində zəngin peşəkar təcrübəyə malikdir və hasilatın idarə olunması, geoloji nəzarət və yataqların səmərəli işlənməsi istiqamətlərində yüksək ixtisaslı mütəxəssis kimi tanınır. Karyerasına 2003-cü ildə “Balaxanıneft” NQÇİ-də neft və qazçıxarma operatoru kimi başlayan Cavanşir Nuriyev sonrakı illərdə böyük geoloq, geologiya üzrə rəis müavini vəzifələrində fəaliyyət göstərmişdir. Müxtəlif dövrlərdə H.Z. Tağıyev adına NQÇİ-də idarə rəisi, Abşeronneft NQÇİ-də idarə rəisinin müavini, “Azneft” İstehsalat Birliyində şöbə rəisi, eləcə də “Tağıyev Operating Company” MMC-də baş direktor kimi çalışaraq neft-qaz hasilatı və idarəetmə sahəsində böyük təcrübə toplamışdır. Hazırda Cavanşir Nuriyev “GEOexpert Consulting” MMC-də Yataqların geologiyası və idarəedilməsi xidmətinin rəisi vəzifəsində fəaliyyət göstərir. O, peşəkar fəaliyyəti ilə yanaşı, Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür, Azərbaycan dilini mükəmməl, rus dilini yaxşı bilir.