Dövlət Ekoloji Ekspertiza Agentliyində növbəti ictimai dinləmə keçirilib.


Dövlət qurumları əməkdaşlarının, ekoloqlar, QHT və KİV nümayəndələrinin iştirakı ilə təşkil olunan tədbirdə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələn məsələlərə uyğun olaraq tikilən Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun Fatmayı kəndi, Ceyranbatan qəsəbəsi və Xırdalan şəhərləri ərazisindən keçən hissəsinin inşası, Ələt-Astara avtomobil yolunun Ələt hava limanına dönən hissəsində yeni yol qovşağının tikintisi və Ələt Azad İqtisadi Zonası ərazisində Pirsaatçay çayının məcrasının tənzimlənməsi layihələrinin ekoloji qiymətləndirilməsi həyata keçirilib.İctimai dinləmədə layihələrin ətraf mühitə təsirləri qiymətləndirilərək layihə altına düşən yaşıllıqların bir hissəsinin köçürülməsi, köçürülməsi mümkün olmayanların isə bərpa dəyərinin ödənilməsi məsələləri müzakirə olunub.Müzakirələr eskpertlərin təklifləri və jurnalistlərin sualları ilə davam edib.

14 Avqust 2025